Bazar ertəsi, 29 Aprel

Putinin valideynlərinin qəbrini "təhqir edən" həbs olundu

image

Sankt-Peterburqda təqaüdçü qadın Putinin valideynlərinin məzarı üzərində “təhqiredici” fikirlər yazılmış kağız qoyduğuna görə saxlanılıb.

Xəbər verilir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Bildirilir ki, Primorski Rayon Məhkəməsi 60 yaşlı İrina Tsıbanevanın həbs müddətini 72 saat uzadıb. Onun əməli siyasi nifrət yaratmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsinin 2-ci hissəsinin “b” bəndi -red.), dəfn yerlərini təhqir etməkdə şübhəli bilinir. Həbs müddətinin uzadılmasını müvafiq sənədləri toplamalı olan müdafiə tərəfi də dəstəkləyib. 

Müstəntiqlərin sözlərinə görə , oktyabrın 6-da bir qadın Serafimovski qəbiristanlığında prezidentin valideynlərinin məzarı üzərinə təhqiramiz məzmunlu qeydlər qoyub. Hüquq-mühafizə orqanları bunu "cəmiyyətdə qəbul edilmiş normalara zidd olan kinli, əxlaqsız hərəkətlər" kimi qiymətləndiriblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39